Bank Of Baku

Daşınmaz əmlaka investisiya üçün Avropanın ən yaxşı şəhərləri açıqlanıb

London

© APA | London

# 01 noyabr 2021 18:08 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı London şəhəri hazırda Avropanın daşınmaz əmlak investisiyası üçün ən yaxşı şəhəridir. Ötən il lider olan Berlin builki siyahıda ikinci, Paris isə üçüncü yerdə qərarlaşıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Times" "Urban Land Institute" və "PwC"nin Avropa daşınmaz əmlak bazarları üzrə araşdırmasına istinadən xəbər verir.

Tədqiqat 850 avropalı daşınmaz əmlak investorlar, developerlər, kreditorlar və aktiv menecerləri arasında aparılan sorğuya əsaslanır. Ümumilikdə, respondentlər qeyd edirlər ki, Avropanın daşınmaz əmlak bazarına inam 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Sorğuda iştirak edənlərin yarısı inanır ki, etibar səviyyəsi, gəlirlilik və Avropanın daşınmaz əmlak sənayesində çalışan işçilərin sayı 2022-ci ildə artmaqda davam edəcək.

Bildirilir ki, London qiymət-keyfiyyət-mənfəətin daha əlverişli kombinasiyası sayəsində lider olub – mənfəətlik indeksində Londondakı investisiya obyektləri kontinental Avropa şəhərlərinin Britaniya paytaxtından sonra yer alan əmlaklarını təxminən 1% üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR