Bank Of Baku

Diplomatik nümayəndəlik və konsulluqların sayı və xərcləri məlum olub

Diplomatik nümayəndəlik və konsulluqların sayı və xərcləri məlum olub
# 24 may 2023 11:06 (UTC +04:00)

Beynəlxalq münasibətlər, xarici yardımlar və beynəlxalq fəaliyyətlə bağlı digər xərclər açıqlanıb.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, beynəlxalq münasibətlər (beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirak, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və digər xərclər, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər), xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 365,4 milyon manat məbləğində vəsaitin 362,5 milyon manatı və ya 99,2 faizi istifadə olunub.

Hesabat ilində xarici ölkələrdə fəaliyyət göstərən 76 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və onların fəaliyyəti ilə bağlı digər xərcləri üçün 122,0 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması (Azərbaycan Respublikasının Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə, Çin Xalq Respublikasındakı, Rusiya Federasiyasındakı və Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndələrinin aparatları) üçün 2,9 milyon manat məbləğində vəsait yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR