Paşha Bank
Bank Of Baku

Dövlət büdcəsinə bu il ödənişli xidmətlərdən 454 mln. manatdan çox vəsait daxil olub

Dövlət büdcəsinə bu il ödənişli xidmətlərdən 454 mln. manatdan çox vəsait daxil olub
# 21 oktyabr 2021 10:39 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 871,6 mln. manat olub.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, dövlət büdcəsindən təkcə maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 mln. manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 mln. manat və ya 21,4% çoxdur.

Qeyd edək ki, sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 mln. manat vəsait daxil olub, bu da proqnoza qarşı 162,1 mln. manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 mln. manat və ya 3 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR