Bank Of Baku

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 7%-ə yaxın artıb

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 7%-ə yaxın artıb
# 27 iyul 2026 10:55 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları dövlət büdcəsinin ümumi daxilolmalarının 57,3 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz-bənd çox) təşkil etməklə 10 981 milyon manat olub.

"APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da proqnozla müqayisədə 329,1 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 703,8 milyon manat və ya 6,8 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 64,3 faizini və ya 7 064,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 faizini və ya 3 143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 faizini və ya 350,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,6 faizini və ya 394 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

Bundan əlavə, dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 198,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.

2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1 778,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6 420 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 47,4 faizi və ya 843,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 11,5 faizi və ya 204,3 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR