Dövlət proqramlarının səmərəlilik auditlərindəki nəticələri açıqlanıb.
APA xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Dövlət proqramlarının səmərəlilik auditlərindəki nəticələri aşağıdakılardır: 0
- Proqramlar üzrə fəaliyyətin qiymətləndirilməsinə yönəldilmiş göstəricilər sisteminin olmaması;
- proqramda müəyyən edilən tədbirlərin qeyd edilən zaman çərçivəsində icra edilməməsi;
- 2021-ci ilin mart ayınadək qəbul edilən proqramların tərtibi və icrası qaydalarının olmaması səbəbindən həmin dövrədək qəbul edilən proqramların ənənəvi tədbirlər planı formasında hazırlanması;
- sahənin inkişafına birbaşa yönəlməyən cari fəaliyyətin proqrama daxil edilməsi;
- proqramın icrası ilə bağlı monitorinq və qiymətləndirmə sisteminin olmaması;
- proqram çərçivəsində görülən işlər qurumların ənənəvi fəaliyyət istiqaməti olduğu üçün proqramlılığa ehtiyacın olmaması.