Bank Of Baku

Dünya Bankı Azərbaycanın dövlət büdcəsi ilə bağlı proqnozunu açıqlayıb

Dünya Bankı Azərbaycanın dövlət büdcəsi ilə bağlı proqnozunu açıqlayıb
# 06 aprel 2023 17:54 (UTC +04:00)

Dünya Bankı (DB) Azərbaycanın 2025-ci ilə kimi dövlət büdcəsi ilə bağlı proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

Hesabata görə, Azərbaycanın büdcə profisitinin ümumdaxili məhsulda (ÜDM) payı 2022-ci ildəki 5,5%-dən 2023-cü ildə 4,8%-ə enəcək. Büdcənin ÜDM-də payı 2024-cü ildə 4,0%, 2025-ci ildə isə 3,0% təşkil edəcək.

"Fiskal balansın ortamüddətli perspektivdə profisitdə qalacağı və ÜDM-in orta hesabla 3,9 faizini təşkil edəcəyi təxmin edilir" - Dünya Bankının şərhində qeyd edilib.

Dünya Bankı dövlət büdcəsinin gəlirlərinin 2023 və 2024-cü illərdə ÜDM-in 33,1%-ni, 2025-ci ildə isə 31,6%-ni təşkil edəcəyini, büdcənin ÜDM-də payının isə 2023-cü ildə 5,1%, 2024-cü ildə 4,3%, 2025-ci ildə isə 3,3% olacağını proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR