Bank Of Baku

Dünya Bankı: Bu il Azərbaycanda inflyasiya birrəqəmli olacaq

Dünya Bankı: Bu il Azərbaycanda inflyasiya birrəqəmli olacaq
# 06 aprel 2023 17:20 (UTC +04:00)

Dünya Bankı (DB) 2023-2025-ci illər üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. DB Azərbaycanda inflyasının 2022-ci ildəki 13,5%-dən 2023-cü ildə 8,5%-ə qədər azalacağını proqnozlaşdırıb. Bu isə Azərbaycan Mərkəzi Bankının gözləntilərinə yaxındır.

Belə ki, AMB-nin bu il üzrə inflyasiya proqnozu 8%-dir. Dünya Bankı həmçinin, 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. 2024-cü ildə bu rəqəm 6,2%, 2025-ci ildə isə 5,4% təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR