Bank Of Baku

Dünya Bankı: İnsan kapitalını gücləndirən ölkələr iqtisadi şoklara daha davamlı olacaq

Dünya Bankı: İnsan kapitalını gücləndirən ölkələr iqtisadi şoklara daha davamlı olacaq
# 04 may 2023 15:57 (UTC +04:00)

Dünya Bankı: İnsan kapitalını gücləndirən ölkələr iqtisadi şoklara daha davamlı olacaq.

"APA-Economics" xəbər verir ki, Dünya Bankının bu gün açıqladığı yeni hesabata görə, əhalisinin təhsilini, sağlamlığını, bilik və bacarıqlarını, yəni insan kapitalını qoruyan ölkələr indi və gələcək sarsıntılar zamanı onları qorumayanlara nisbətən daha az mənfi iqtisadi təsirlərə məruz qalacaqlar.

Hesabat Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təhsil, səhiyyə, sosial müdafiə sektorlarının COVİD-19 pandemiyasına və ona qarşı cavab tədbirlərinə verdiyi reaksiyanı Avropa və Mərkəzi Asiya regionunun digər ölkələrinin təcrübəsi ilə müqayisə edir. Hesabatda insan kapitalını necə qorumaq, daha yaxşı və daha davamlı insan inkişafı sistemləri qurmaq və təkrarlanan böhranların uzunmüddətli təsirlərini minimuma endirmək barədə regionda və ondan kənardakı ölkələr üçün aktual olan dərslər təqdim olunur.

"İnsanların əldə edə biləcəyi təhsil, səhiyyə və sosial xidmətlərin keyfiyyəti və dayanıqlığı, xüsusilə yoxsul və həssas insanların halında, onların şok və böhranların öhdəsindən gəlmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir", Dünya Bankının Avropa və Mərkəzi Asiya regionundan insan inkişafı üzrə Baş iqtisadçısı Jamele Rigolini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR