Bank Of Baku

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 31 may 2025 10:41 (UTC +04:00)

Dünya fond birjalarında indekslər yüksəlməkdə davam edib.

"APA-Economics"in məlumatına görə, mayın 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.13% – 42,370.07 bəndədək, S&P 500 indeksi 0.01% – 5,911.69 bəndədək, Nasdaq indeksi isə 0.32% – 19,113.77 bəndədək artıb.

Avropa fond bazarlarında isə mayın 30-da FTSE 100 indeksi 0.64% – 8,772.38 bəndədək, Almaniyanın DAX indeksi 0.27% – 23,997.48 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.36% – 7,751.89 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.20% azalaraq 1.1347 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR