Bank Of Baku

Elman Rüstəmov: "Daxili valyuta bazarında 1 mlrd. dollardan çox profisit mövcuddur"

Elman Rüstəmov: "Daxili valyuta bazarında 1 mlrd. dollardan çox profisit mövcuddur"
# 01 avqust 2019 09:36 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur.

APA-Economics”in məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.

“Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2% ucuzlaşıb.

İnflyasiya hədəf diapazonu çərçivəsində həm hökumətin, həm də Mərkəzi Bankın hədəfindən də aşağı səviyyədədir. İnflyasiyanın idarə olunmasında inflyasiya gözləntiləri olduqca mühüm rol oynayır. Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2%-dir. Yəni, əhalinin 98%-i ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır”, - deyə E. Rüstəmov qeyd edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri həmçinin əlavə edib ki, bütövlükdə inflyasiya səviyyəsinin aşağı olması şəraitində Mərkəzi Bank ardıcıl olaraq monetar siyasətin, pul-kredit siyasətinin yumşaldılması fonunda addımlar atır. Uçot dərəcəsini 2018-ci ildən bəri 18%-dən bu gün üçün 8,25% qədər endirilib. 

“Monetar siyasətin yumşaldılmasının digər istiqaməti bütövlükdə kəmiyyət yumşaldılması, yəni bizim iqtisadiyyata verdiyimiz pulun həcmidir. Cari ildə bu, 9 faizdir. Son iki ildə pul bazası deyilən bizim əsas göstəricimiz 37%-dən çox qalxıb. Bu da bütövlükdə aşağı inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit aktivliyinin artması istiqamətində edilir ki, bankların kifayət qədər öz resursları olsun və bu vəsaitlərdən istifadə edə bilsinlər”, - deyə E. Rüstəmov əlavə edib.

E. Rüstəmovun sözlərinə görə, iqtisadiyyatda faiz dərəcələrinin aşağı düşməsini müşahidə edilir. Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. “Biznes kreditlər, yeni verilən biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11%-dir və 5%-dən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Bu, onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi, faiz siyasəti artıq bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb”, - deyə Mərkəzi Bankın İdarə Heyətinin sədri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR