10 may 2023-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib, ardınca isə Ümumilli lider və vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhları 1 dəqiqəlik sükutla yad edilib.
“APA-Economics” xəbər verir ki, tədbirin gedişatında ƏSF-nin İcraçı direktoru Tural Piriyev və Fond rəsmiləri ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıblar. Sonda, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.