Bank Of Baku

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri 23% azalıb

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri 23% azalıb
# 11 may 2023 11:00 (UTC +04:00)

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 2021-ci ilə nisbətən 22,9% azalaraq 74,2 milyon manata enib.

"APA-Economics" bu barədə ƏMDX-nin maliyyə hesabatına istinadən xəbər verir.

Xidmətin gəlirlərinin 62,6 milyon manatı (2021-ci ilə nisbətən 21,6% az) və yaxud 84,3%-i qeyri-birja əməliyyatlarından, yəni dövlət büdcəsindən ayırmalardır. Hesabat dövründə Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 11,5 milyon manat, sair gəlirləri isə 134 min manat təşkil edib. Bu isə müvafiq olaraq 26% və 6,3 dəfə azdır.

2022-ci ildə qurumun xərcləri isə 2021-ci illə müqayisədə 7,3 % azalaraq 65 milyon manat, əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 12,3 % artaraq 22,2 milyon manat, sərf etdiyi materialların dəyəri 19 dəfə artaraq 3,9 milyon manat, amortizasiya xərcləri 0,4 % azalaraq 2,6 milyon manat, sair əməliyyat xərcləri isə 23,6 % azalaraq 36,3 milyon manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR