“Falcon Finance” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Falcon Finance”nin xalis mənfəəti əvvəlki illə müqayisədə 45% azalaraq 65.3 min manat təşkil edib.
Hesabat dövründə təşkilatın kredit portfeli 2021-ci illə müqayisədə 2.1 dəfə artaraq 2 milyon 985 min manat, faiz gəlirləri 57% artaraq 527.1 min manata bərabər olub. Faiz xərcləri 43,6 min manat olan təşkilatın xalis faiz gəlirləri 483.4 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 48.3% çoxdur.
Bu dövrdə təşkilatın inzibati və digər əməliyyat xərcləri 2.8 dəfə artaraq 486.2 min manat olması nəticəsində “Falcon Finance”nin əməliyyat mənfəəti əvvəlki illə müqayisədə 42.3% azalaraq 85.8 min manat təşkil edib.
2022-ci ildə təşkilatın cəmi aktivləri 2.2 dəfə artaraq 3 milyon 425.7 min manat, cəmi öhdəlikləri 2.2 dəfə artaraq 2 milyon 328,6 min manata yüksəlib.
2023-cü il yanvar ayının 1-nə “Falcon Finance” BOKT-un cəmi kapitalı 1 milyon 97 min təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2.2 dəfə çoxdur.
23 əməkdaşı olan “Falcon Finance” BOKT-un səhmlərinin 50%-Tağıyev Vüsal Nizami oğluna, digər 50%-i isə Salmanova Brilyant Mirhəbib qızına məxsusdur.