Bank Of Baku

“FINCA Azerbaijan”ın rəhbərliyinə yeni təyinat olub

“FINCA Azerbaijan”ın rəhbərliyinə yeni təyinat olub
# 06 fevral 2024 16:09 (UTC +04:00)

“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin rəhbərliyinə yeni təyinat olub.

"APA-Economics"in BOKT-dan əldə etdiyi məlumata görə, Əliyeva Ruqiyyə Adil qızı “FINCA Azerbaijan”ın Baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib. O bu vəzifədə Muhammad Mobeen Yaqoobu əvəz edib. Muhammad Mobeen Yaqoob “FINCA Azerbaijan”da 2014-cü ildən fəaliyyət göstərib.

Qeyd edək ki, “Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatı nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR