Bank Of Baku

“Finca Azərbaycan” BOKT-un maliyyə vəziyyəti məlum olub

“Finca Azərbaycan” BOKT-un maliyyə vəziyyəti məlum olub
# 17 may 2023 12:36 (UTC +04:00)

“Finca Azərbaycan” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Finca Azərbaycan”ın xalis mənfəəti 2021-ci illə müqayisədə 25.1% artaraq 3 milyon 267 min manata bərabər olub.

Hesabat dövründə təşkilat müştərilərə 44 milyon 875 min manat (illik müqayisədə 54.4% çox kredit) verərək 11 milyon 854 min manat faiz gəliri əldə edib. Faiz xərcləri 2 milyon 538 min manat olan təşkilatın xalis faiz gəlirləri 9 milyon 316 min manat olub ki , bu da ötən illə müqayisədə 34.5% çoxdur.

BOKT-nin 3 mln. 585 min manatlıq problemli kreditlərinin geri dönməsi onu xalis mənfəətə çıxarıb.

2022-ci ildə “Finca Azərbaycan” borclarını artırıb. Belə ki, ötən il təşkilat qiymətli kağızlar vasitəsi ilə 6 milyon manat, borc vəsaitləri hesabına isə 7.3 milyon manat əlavə vəsait cəlb edib.

Ötən il təşkilatın cəmi aktivləri 39.7% və ya 14 milyon 236 min manat artaraq 50 milyon 108 min manat, cəmi öhdəlikləri isə 65.8% və ya 13 milyon 434 min manat artaraq 33 milyon 863 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “Finca Azərbaycan”ın cəmi kapitalı 16 milyon 245 min manata bərabər olub ki, bu rəqəm illik müqayisədə 5.2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR