Bank Of Baku

“Finex Kredit”in kapitalı azalıb və ili zərərlə başa vurub - HESABAT

“Finex Kredit”in kapitalı azalıb və ili zərərlə başa vurub - HESABAT
# 11 may 2023 14:10 (UTC +04:00)

“Finex Kredit” bank olmayan kredit təşkilatı 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Finex Kredit” 2022-ci ili 421.4 min manat xalis zərərlə başa vurub. 2021-ci ildə təşkilat 311.9 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə müştərilərə 3 milyon 318 min manat (əvvəlki illə müayisədə 7% az) kredit verərək 807 min manat(əvvəlki illə müqayisədə 30.6% az) faiz gəliri əldə edib. Faiz xərcləri 510,6 min manat olan təşkilatın xalis faiz gəlirləri 296.4 min manat təşkil edib ki, bu rəqəm 2021-ci illə müqayisədə 47.6% azdır.

Ötən il təşkilatın cəmi aktivləri 4.3% azalaraq 5 milyon 383 min manat, öhdəliklərinin həcmi isə 4% artaraq 4 milyon 931 min manat təşkil edib.

“Finex Kredit”in cəmi kapitalı ötən il 49% azalaraq 451.8 min manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR