"Fitch" Azərbaycanın bank sektorunun son durumunu açıqlayıb

"Fitch" Azərbaycanın bank sektorunun son durumunu açıqlayıb
# 17 fevral 2024 11:55 (UTC +04:00)

"Azərbaycanın bank sektorundakı vəziyyət yaxşılaşıb. Lakin bu sektor kifayət qədər zəif olaraq qalır. Bunu “Fitch-in Banking System Indicator”da bank sektorunun “b” reytinqi ilə qiymətləndirilməsi sübut edir".

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanla bağlı apardığı qiymətləndirmədə bildirilib.

Fitch qeyd edib ki, Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalı 2023-cü ildə rekord minimum səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 %-ni (2022-ci ilin sonunda 2,9 %) təşkil edib, buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi dəstəkləyib.

“Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilidə 13,5 % (2022-ci ilin sonunda 15,2 %) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəliliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb" - Fitch qeyd edib.

Agentlik həmçinin əlavə edib ki, depozitlərin dollarlaşması 2023-cü ildə 40%-dən aşağı düşərək, 35%-lik tarixi orta səviyyəyə yaxınlaşıb, 2023-cü ilin sonunda xarici valyutada olan kreditlər ümumi portfelin 19%-nə (2022-ci ilin sonunda 20%) düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR