Bank Of Baku

Fitch Solutions: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artıracaq

Fitch Solutions: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artıracaq
# 31 oktyabr 2023 13:25 (UTC +04:00)

"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

"APA-Economics" şirkətə istinadən xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə şirkətin iyul proqnozu ilə eynidir.

“Fitch Solutions” həmçinin, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağını müəyyən edib.

Qeyd edək ki, hazırda AMB-nin uçot faiz dərəcəsi 9.0%, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10.0% təşkil edir. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını noyabrın 1-də açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR