Gələn il dövlət büdcəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycanın maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı ayrılacaq vəsait məlum olub.
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycanın maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı 2022-ci ilin dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.