Bank Of Baku

Gəlir və xərclərinin monitorinqi aparılan iri dövlət şirkətlərinin siyahısı dəyişib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 15 dekabr 2021 17:14 (UTC +04:00)

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısından Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti çıxarılıb.
Siyahıdan çıxarılanlar arasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti də var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR