Bank Of Baku

Gömrük xətti ilə büdcə daxilolmaları 25%-ə qədər artıb

Gömrük xətti ilə büdcə daxilolmaları 25%-ə qədər artıb
# 10 may 2023 11:24 (UTC +04:00)

2023-ci ilin yanvar-aprel aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7% artaraq 2 milyard 46,681 milyon manata çatıb.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 496 milyon 589.2 min manat (ötən ilin eyni dövrünə nisbətən 21% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 milyard 470,864 milyon manat (25.2% çox), aksizlər üzrə daxilolmalar 62.297 milyon manat (56.2% çox), yol vergisi üzrə daxilolmalar isə 17.030 milyon manat (1.5 % çox) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR