Bank Of Baku

"Günay Bank" nizamnamə kapitalını artırır

"Günay Bank" nizamnamə kapitalını artırır
# 11 may 2023 08:07 (UTC +04:00)

İyulun 5-də “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə bankdan bildirilib.

Gündəliyə bankın nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.

Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Əhməd Mehribaniyə aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR