Bank Of Baku

Gürcüstan bankının törəmə şirkəti Azərbaycanda gəlirlərini açıqlayıb

Gürcüstan bankının törəmə şirkəti Azərbaycanda gəlirlərini açıqlayıb
# 01 may 2023 15:17 (UTC +04:00)

“TBC KREDİT” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “TBC KREDİT”in xalis mənfəəti 2021-ci illə müqayisədə 57% artaraq 1.537 milyon manat təşkil edib. 2021-ci ildə təşkilat 979 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilat 10 milyon 442 min manat ( illik müqayisədə 5.2% çox) kredit verərək 3 miyon 787 min manat(illik müqayisədə 48.2% çox) faiz gəliri əldə edib. Faiz xərcləri 852 min manat olan təşkilatın 2022-ci ildə xalis faiz gəlirləri 2 milyon 935 min manata bərabər olub ki, bu da 2021-ci illə müqayisədə 41.7% çoxdur.

Bu dövrdə təşkilatın aktivlərinin dəyəri 8.8% və ya 1 milyon 400 min manat artaraq 17 milyon 296 min manat , öhdəliklərinin həcmi isə 2% və ya 137 min manat azalaraq 6 milyon 832 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “TBC KREDİT”in cəmi kapitalının həcmi 10 milyon 464 min manat təşkil edib ki, bu rəqəm əvvəlki illə müqayisədə 17.2% və ya 1 milyon 537 min manat çoxdur.

Qeyd edək ki, təşkilatın ana şirkəti, 100% nizamnamə kapitalına sahib olan və Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” Səhmdar Cəmiyyətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR