Bank Of Baku

Hesablama Palatası bu il Naxçıvanda dövlət müəssisələrində 9 audit aparıb

Hesablama Palatası bu il Naxçıvanda dövlət müəssisələrində 9 audit aparıb
# 30 oktyabr 2023 12:22 (UTC +04:00)

"Bu il Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlatlarında 9 audit aparılıb".

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" mövzusunda keçirilən tədbirdən sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, auditlərin nəticələri onlar tərəfindən ümumiləşdirilib, ümumi xarakterli nöqsanların hamısını qruplaşdırılıb: "Bu qruplaşma bəzi nöqsanların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir".

V. Gülməmmədov qeyd edib ki, nəzarət tədbirləri növbəti ayın sonuna qədər tam şəkildə yekunlaşandan sonar ictimaiyyətə məlumatlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR