Bank Of Baku

Hesablama Palatası: Dövlət büdcəsindən ayrılmış vəsaitlərin akkreditiv hesablara yönəldilməsi halları müəyyən edilib

Hesablama Palatası: Dövlət büdcəsindən ayrılmış vəsaitlərin akkreditiv hesablara yönəldilməsi halları müəyyən edilib
# 24 may 2023 12:22 (UTC +04:00)

Kənar dövlət maliyyə nəzarəti tədbirləri, eləcə də məlumatların analitik prosedurlarla araşdırılması hesabat ilinin dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitləri akkreditiv hesablara yönəldildiyini göstərib, bu hesab üzrə əməliyyatların büdcə uçotunda uyğunsuzluqlara səbəb olduğu qənaətinə gəlinib.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edilib ki, Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri, eləcə də qurumlar tərəfindən təqdim edilmiş məlumatların təhlili ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin “Büdcə sistemi haqqında” Qanunun 19.5-ci maddəsinin tələblərinin əhatəsindən kənar qalmaq məqsədilə akkreditiv hesablara yönəldilməsi hallarının olduğu müəyyən edilib. Seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində dövlət büdcəsinin kassa icrasına aid olunub, lakin akkreditiv hesablarda qalmış xərc məbləğləri 170,0 mln. manatdan çoxdur.

Eyni zamanda, Hesablama Palatası tərəfindən həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, eləcə də müvafiq qurumların təqdim etdiyi məlumatlar 2021-ci ilin sonuna akkreditiv hesablarda qalmış vəsaitlərin (100,0 mln. manatdan çox) əsas hissəsinin 2022-ci il ərzində işlər yerinə yetirilməklə podratçılara ödənildiyini göstərib.

Hesablama Palatası müvafiq əməliyyatların dövlət büdcəsi üzrə uçot və hesabatlılıqda uyğunsuzluqlara səbəb olduğunu qeyd edir. Belə ki, geri qaytarılan vəsait dövlət büdcəsinin gəlirlərində nəzərə alınarsa, bu bir büdcə ilinin vəsaiti hesabına digər ilin gəlirlərinin artırılması ilə nəticələnə bilər. Bundan əlavə, akkreditiv hesablarda qalan vəsaitin debitor borc kimi uçota alınıb- alınmaması istiqamətində də qeyri-müəyyənliklər mövcuddur.

Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər bəzi qurumlar tərəfindən bir sıra hallarda dövlət büdcəsindən ayrılmış vəsaitin ilin sonunda dövlət büdcəsinin vahid xəzinə hesabına geri qaytarılmaması (büdcəyə silinməməsi) üçün üçtərəfli müqavilələr bağlamaqla vəsaitin akkreditiv hesablara yönəldildiyini, akkreditivə yönəldilmiş vəsaitin isə dövlət büdcəsinin kassa icrasına aid edildiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR