Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 731.2 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% və ya 123.1 milyon manat artıb. 2025-ci ilin yanvar-iyun aylarında banklar 608.1 milyon manat depozit faizi ödəyiblər.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% və ya 2 milyard 390.4 milyon manat artaraq 39 milyard 743,7 milyon manat təşkil edib.
Xatırladaq ki, bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 2 milyard 733.2 milyon manat faiz gəliri əldə ediblər.