İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır. Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olacaq.
Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılır
30 dekabr 2021 12:46 (UTC +04:00)
Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024