1 sentyabr 2024-cü il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis mənfəəti 212 milyon manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın səhmlərinin emissiyasının nəticələri ilə bağlı brifinqdə deyib.
O bildirib ki, bu il bankın səhmdarlarının divident gəlirliliyi 15,1%-ə yüksəlib. Növbəti ildə isə səhmlərin divident gəlirliliyinin 15%-dən yüksək olması proqnozlaşdırılır.
O, qeyd edib ki, ABB səhmlərinə investisiya edən xarici investorların sayı 48 ədəddi.