Bank Of Baku

İki sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb

İki sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
# 05 fevral 2024 16:57 (UTC +04:00)

"Naxçıvan Sığorta" və "Azərsığorta" (Dövlət Kommersiya Sığorta Şirkəti) İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Bu barədə "APA-Economics"ə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 12-dən 10-a, ümumi iştirakçılarının sayı isə 17-dən 15-ə enib.

Qeyd edək ki, ötən il dekabrın 8-də könüllü mraciət əsasında Azərbaycan Mərkəzi Bankı “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Bu il yanvar ayının 31-də isə Prezident İlham Əliyevin fərmanı ilə "Azərsığorta" şirkəti ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR