ING: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini sabit saxlayacaq

ING: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini sabit saxlayacaq
# 11 yanvar 2024 12:53 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu sabit saxlayıb.

"APA-Economics" xəbər verir ki, ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu dəyişməyərək 8% müəyyən edib.

ING-nin proqnozuna görə, AMB yalnız, 2025-ci ilin birinci rübündə uçot dərəcəsini 7,75%-ə endirəcək, ilin sonunda isə bu, 7%-ə qədər azaldılacaq.

Qeyd edək ki, Mərkəzi Bank son iki qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə ötən il dekabrın 20-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə kimi azaldılıb. AMB bu il ilk dəfə yanvarın 31-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR