Bu gün İngiltərə Bankı inflyasiya təzyiqləri fonunda əsas faiz dərəcəsini 0,1%-dən 0,25%-ə yüksəldib.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, İngiltərə Bankı bildirib ki, 2% səviyyəsində olan inflyasiya hədəfinə çatmaq üçün monetar siyasətin müəyyən dərəcədə sərtləşməsinə getmək zəruri idi.
Qeyd edək ki, noyabrda Böyük Britaniyada illik inflyasiya onillik maksimuma çataraq 5,1%-ə qədər sürətlənib. Aylıq inflyasiya 0,7% təşkil edib.