Bank Of Baku

“İnvest-az”ın aktivləri və xalis mənfəəti kəskin artıb

“İnvest-az”ın aktivləri və xalis mənfəəti kəskin artıb
# 17 may 2023 14:39 (UTC +04:00)

“İnvest-az İnvestisiya Şirkəti” QSC 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “İnvest-az İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 28% artaraq 1 milyon 589.2 min manat təşkil edib. 2021-ci ildə şirkət 1 milyon 242.3 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin əsas gəlir mənbəyi olan marja ticarətindən xalis gəlirləri əvvəlki illə müqayisədə 24.7% və ya 926.6 min manat artaraq 4 milyon 672,3 min manata yüksəlib. Bu dövrdə şirkətin əməliyyat gəlirləri 21.4% artaraq 4 milyon 960.4 min manat, əməliyyat xərcləri isə 54.2% artaraq 4 milyon 108,4 min manat təşkil edib. Beləliklə şirkət 851.9 min manat əməliyyat mənfəəti əldə edib.

Ötən il “İnvest-az İnvestisiya Şirkəti”nin aktivləri 88% böyüyüb. Belə ki, 2022-ci ildə şirkətin cəmi aktivləri 88% və ya 12 milyon 753.4 min manat artaraq 27 milyon 251 min manata yüksəlib. Eyni dövrdə cəmi öhdəliklər 2.1 dəfə artaraq 22 milyon 509.4 min manata bərabər olub.

2023-cü il yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 4 milyon 741.6 min manata bərabər olub ki, buda əvvəlki illə müqayisədə 23.4% və ya 899.5 min manat artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR