Bəzi kreditlər var ki, onları almaq üçün mütləq sığorta da almalısan.
Təsəvvür edin ki, ipoteka ilə mənzil almaq istəyirsiniz. Bu zaman mütləq sizdən evinizi sığortalamaq tələb ediləcək. Əslində bu tələb evi alanın xeyri üçündür. Aldığınız mənzildə yanğın baş verə və ya güclü leysan nəticəsində evə ciddi zərər dəyə bilər. Belə vəziyyətdə kredit öhdəliyi qüvvədə qalır. Yəni əmlak yararsız olsa belə, aylıq ödənişlər davam edir.
Bax elə bu zaman sığorta sizə kömək edir. Sığorta krediti bağışlamır, lakin gözlənilməz hadisə nəticəsində yaranan böyük xərcləri qarşılayır. Məsələn, elə təkcə leysan və yanğınlara görə may ayı ərzində “PAŞA Sığorta” şirkəti 161 sığortalı şəxsə 448 660 ₼ pul ödəyib.
Kredit götürərkən yalnız “bu gün ödəyə bilərəmmi?” sualını deyil, “sabah gözlənilməz hadisə baş versə nə edəcəyəm?” sualını da vermək lazımdır. Ona görə də sığorta şirkətini seçərkən təcrübəsinə, ödənişlərinə, müştəri sayına diqqət edin. Əgər əmlakınızı sığortalamaq üçün PAŞA Sığortaya müraciət etmək istəsəniz, BURADAN ətraflı tanış ola bilərsiniz.