Bank Of Baku

İSB: İlin sonuna kimi icbari sığorta müqavilələri elektronlaşacaq

İSB: İlin sonuna kimi icbari sığorta müqavilələri elektronlaşacaq
# 02 may 2023 10:56 (UTC +04:00)

Bu ilin sonuna kimi bütün icbari sığortalar üzrə kağız müqavilələrdən imtina edilərək elektron müqaviləyə keçiləcək.

"APA-Economics" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

O bildirib ki, may ayının sonuna kimi daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq: "Proses iyun ayına kimi uzana bilər. Artıq İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya bitib".

Rəşad Əhmədov əlavə edib ki, bundan sonra sərnişinlərin fərdi qəza sığorta müqavilələri elektronlaşdırılacaq və "Yaşıl Kart" istisna olmaqla digər bütün kağız sığorta müqavilə daşıyıcıları elekron müqavilələrlə əvəzlənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR