"Kapital Bank" 35 mln. dollarlıq istiqraz buraxır

"Kapital Bank" 35 mln. dollarlıq istiqraz buraxır
# 19 mart 2024 11:15 (UTC +04:00)

Kapital Bank 35 milyonluq istiqraz buraxır.

APA-Economics” xəbər verir ki, bank hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 350 min ədəd olan faizli, təmin edilməmiş sənədsiz adlı istiqraz emissiya edir.

Qeyd edək ki, istiqrazlar üzrə illik faiz dərəcəsi 7%, istiqrazların tədəvül müddəti isə 7 ildir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 təqvim günündən bir ödəniləcək.

Xatırladaq ki, təklif olunan gəlirlilik dollar istiqrazları üzrə ən yüksək gəlirlilikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR