Bank Of Baku

"Kapital Bank" Bilik Günü ərəfəsində yeni aksiya təqdim edir

"Kapital Bank" Bilik Günü ərəfəsində yeni aksiya təqdim edir
# 26 avqust 2019 12:09 (UTC +04:00)

"Kapital Bank" 15 sentyabr - Bilik Günü ərəfəsində BirKart müştəriləri üçün yeni aksiya təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində geyim, ayaqqabı, aksessuar, kitab və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan BirKart partnyorlarında taksitlə alış-veriş edən müştərilər 15% cashback əldə edirlər.

Növündən asılı olmayaraq bütün BirKart müştəriləri bu fürsətdən bəhrələnə bilərlər. Aksiya 20 sentyabr 2019-cu il tarixinədək davam edəcək. BirKart Miles sahibləri isə həmçinin 10 qat mil qazanırlar.
Həmçinin "Bakcell" abunəçiləri aksiya çərçivəsində "Ulduzum"dan şəbəkədaxili pulsuz 15 dəqiqə əldə edirlər. Aksiyada iştirak üçün taksitli alış-veriş zamanı minimal məbləğ tələbi yoxdur.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR