Nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.
İndiyə qədər yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Artıq bu məsələ də qanunla tənzimlənəcək.
Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.
Bu rüsumlar Nazirlər Kabineti tərəfindən təsdiqlənən və indiyə qədər qüvvədə olan (31 iyul 2018-ci il , № 336 saylı qərar) dövlət rüsumları ilə eynidir. Ancaq artıq bu qanunla müəyyən olunacaq dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq ediləcək:
- istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
- istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
- istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
Başqa sözlə, istehsal tarixi 4 ildən çox olan avtomobillərdən başlayaraq dövlət rüsumunun məbləği azalacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub
Köhnə avtomobillərin qeydiyyatı üçün dövlət rüsumu azaldılır
Maliyyə
Səfirlik: Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir
Səfir: Çin və Azərbaycan arasında ticarət dövriyyəsi yeni rekord göstəricilərə çatıb
“PAŞA Sığorta” 3 avtomobil hadisəsi üzrə 74 min manatdan çox ödəniş edib
Bu günün valyuta məzənnələri
Xəbər Lenti
ABŞ son günlərdə doğuş turizmi ilə bağlı 150 vizanı ləğv edib
Qətər İranın üç pilotunu əsir saxlaması barədə məlumatı təkzib edib
Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub
WP: Körfəz ölkələri ABŞ-ın İran siyasətindən narazıdır
Tramp administrasiyası "Apple"ın Çindən yaddaş çipləri almasını istəmir
Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif edib
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib
İsrail “Hizbullah”ı Livanın cənubunda atəşkəs rejimini pozmaqda ittiham edib
Muhammed Salahın oynadığı matçda "Trabzonspor" xal itirib
Bloomberg: ABŞ və İranın uzanan müharibədə qalib gəlmək imkanları şübhə altındadır
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Ucarda iki yük maşını toqquşub, ölənlər var - FOTO
Tramp: Kim Çen Inla çox yaxşı yola gedirik
Zelenski qış ərəfəsində “Patriot” raketlərinin çatışmazlığından narahatdır
XİN İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib
Ucarda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB-2
Rəsmi Moskva ABŞ və Türkiyədən Kiyevə silah tədarükü planları ilə bağlı aydınlıq gətirməsini istəyib
Ərdoğan: Türkiyənin Aİ-yə üzv olmamasından əsl uduzan Avropadır
Türkiyə Prezidenti: Trampın F-35 vədini yerinə yetirməsini gözləyirik
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəyə gətirilib
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
ABŞ-da universitet kampusunda atışma baş verib, 5 yaralı var
Bəqai: İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutunun xəritəsi üzrə razılığa gəlib
İsrail Livanın cənubunu bombalayıb, 11 nəfər ölüb - YENİLƏNİB
Nərimanovda mağazadan oğurluq edən şəxs saxlanılıb
Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
Bakıda 5 kiloqram narkotik aşkarlanıb - VİDEO
İran və Tacikistan enerji sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq
BƏƏ İrandan hücumları dayandırmağı və Hörmüz boğazını qeyd-şərtsiz açmağı tələb edib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Emin Ağalarov "Sea Breeze"dəki hadisə ilə bağlı açıqlama yayıb
Kristian Romero "Tottenhem"dən "Atletiko Madrid"ə keçib
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
AYNA: Metroda "28 May-Nizami" xəttində hərəkətin dayanması ilə bağlı 20 marşruta əlavə 100-ə yaxın avtobus cəlb olunub - VİDEO
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - SABAHIN HAVASI
Ukrayna ordusu Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurub
Polis Masallıda əməliyyat keçirib, 9 kq narkotik aşkarlanıb
Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır - FAKTİKİ HAVA
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
Bakı Metropolitenində yeni tunel və havalandırma şaxtası inşa olunur
İtaliyalı hücumçu Ciro İmmobile 36 yaşında karyerasını başa vurub
Metropoliten: "28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir
Bakıda yük avtomobili aşıb - FOTO
Səfirlik: Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir
İspaniyada zəlzələ olub, evlərə və maşınlara ziyan dəyib
“28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar yola salınıb