2023-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 255 mln. 355.9 min manat, icbari sığorta növləri üzrə 91 mln. 553.6 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 31.6% və ya 61 mln. 366,8 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 42% və ya 27 mln. 117.7 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 2 dəfə artaraq 78 mln. 217.8 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 7.8% artaraq 24 mln. 71.9 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-mart aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 30.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 3 ayında 20 manata bərabər olub. Bu ilin yanvar-mart ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26.3 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 3 ayında 34.6 manata bərabər idi.