Bank Of Baku

Ləğv olunan bankların əmlaklarının satışı üçün e-hərrac platforması yaradılıb

Emil Bayramov

© APA | Emil Bayramov

# 29 oktyabr 2021 10:48 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən elektron auksion platforması yaradılıb.

"APA-Economics" ADIF-ə istinadən xəbər verir ki, qeyd olunan platforma Azərbaycanda ləğv prosesində olan bankların balansında olan daşınar əmlakların satışının effektiv formada təşkilini və satış prosesinin sürətləndirilməsini təmin edəcək.

ADIF-in mətbuat katibi Emil Bayramov platformanın (auction.adif.az) təqdimatında çıxış edərkən bildirib ki, auksiondan fiziki şəxslər ləğv prosesində olan bankların daşınan əmlakların alışını həyata keçirə bilər.

"Lakin portalın təklifləri burada yekunlaşmır. Həmçinin portaldan hüquqi və fiziki şəxslər auksionda olan məhsulları hərracda iştirak edərək, istər nağd şəkildə, istərsə də birbaşa satın alaraq lot şəklində əldə edə bilərlər. Auksion iştirakçılarının rahatlığını təmin etmək məqsədilə məhsulların ödənişini onlayn şəkildə aparmaq mümkün olacaq. Portal bu ilin sonunadək istifadəyə veriləcək", - deyə E. Bayramov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR