“Partner Finance” QSC hər birinin nominal dəyəri 1000 Azərbaycan manatı olan 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır.
“APA-Economics” xəbər verir ki, tədavül müddəti 3 il olan istiqrazlar üzrә illik faiz dәrәcәsi 10% tәşkil edir.
Xatırladaq ki, “Partner Finance” QSC daşınar və daşınmaz əmlakların maliyyə lizinqi vasitəsilə lizinqə verilməsini həyata keçirən kommersiya hüquqi şəxsdir. “Partner Finance” QSC-nin nizamnamə kapitalının 100%-i fiziki şəxsə Rzayev Nübuvvət Rzaya məxsusdur.
Qeyd edək ki, 2022-ci ildə şirkətin cəmi aktivləri 8 milyon 75.1 min manat, cəmi öhdəlikləri isə 7 milyon 343.3 min manat, kredit portfeli isə 6 milyon 462 min manat təşkil edib.