Bank Of Baku

“M Bulak” BOKT-un ötən il xalis mənfəəti 7%-ə yaxın azalıb

“M Bulak” BOKT-un ötən il xalis mənfəəti 7%-ə yaxın azalıb
# 04 aprel 2023 12:06 (UTC +04:00)

“M Bulak” bank olmayan kredit təşkilatı( BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” “M Bulak” BOKT-un maliyyə hesabatlarına istinadən xəbər verir ki, təşkilatın xalis mənfəəti 2021-ci illə müqayisədə 6.2% azalaraq 2,9 milyon manat təşkil edib. 2021-ci ildə təşkilat 3 milyon 89 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə “M Bulak” müştərilərə 18 milyon 657 min (2021-ci ilə nisbətən 35,3% çox) manat kredit verib ki, bunun nəticəsində 6 milyon 196 min manat faiz gəliri əldə edib. Bu dövrdə faiz xərcləri olmayan təşkilat 6 milyon 196 min manat xalis faiz gəliri əldə edib ki, bu göstərici 2021-ci ilə nisbətən 2.4% çoxdur.

2022-ci ildə təşkilatın pul vəsaitləri və pul vəsaitləri ekvivalentləri 81% azalaraq 326 min manat təşkil edib.

Ötən il təşkilatın cəmi aktivləri 17.3 % və ya 2 milyon 930 min manat artaraq 19 milyon 448 min manat təşkil edib. 2021-ci ildə təşkilatın cəmi aktivləri 16 milyon 518 min manat idi. Bu dövrdə təşkilatın öhdəliklərinin həcmi 21.4% və ya 30 min manat artaraq 170 min manat olub.

2023-cü il yanvar ayının 1-nə “M Bulak”ın cəmi kapitalı 17.7% və ya 2.9 milyon manat artaraq 19 milyon 278 min manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR