Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına (1 müayinə üçün) görə dövlət rüsumları müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Həmin dövlət rüsumları aşağıdakı kimi olacaq:
- Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) – 5 manat;
- Qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) – 4 manat;
- Diri quş və quş əti (1 baş və ya 1 cəmdək) – 0,02 manat;
- Hazır ət məhsulları (hər biri 1 partiya) - 5 manat;
- İçalat, dil, baş, dırnaq (1 partiya) – 3 manat;
- Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya – 3,5 manat;
- Yumurta (topdansatış - 1 partiya (1000 ədəddən artıq) – 2,5 manat;
- Yumurta (pərakəndə satış - 1 partiya (1000 ədədə qədər) – 1,3 manat;
- Süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) – 2,6 manat;
- Arı balı (1 partiya) - 4,5 manat.
Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları müəyyənləşir
01 noyabr 2021 11:18 (UTC +04:00)
Maliyyə
Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub
21:34
26 aprel 2024
ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
15:26
26 aprel 2024
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
15:13
26 aprel 2024
Azərbaycan 2.3 mlrd. dollarlıq 22 layihə ilə bağlı tərəfdaşlarla aparır
14:59
26 aprel 2024