“Vergi və gömrük yığımları sahəsində çox suallar gəldi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, hər il dövlət büdcəsi hazırlanan zaman Maliyyə Nazirliyi bu orqanlar arasında əlaqələndirici funksiyanı həyata keçirir :” Bizim çox gərgin müzakirələrimiz keçir. Azərbaycanda Nazirlər Kabinetinin vergi daxilolmaların proqnozlaşdırılması ilə bağlı müvafiq qaydaları var. Vergi daxilolmalarında həm neft, həm də qeyri-neft sektoru üzrə daxilolmalar əsas götürülür. Bunlar hər zaman makroiqtisadi proqnozların əsasında tərtib olunur. Digər məsələlər büdcə kəsri ilə bağlıdır. Burada 1,5 milyard manat artıq gəlirlərin icra edilməsi ilə əlaqədardır. Büdcə kəsrinin qalan hissəsi isə xərclərin nəzərdə tutulduğundan az icrası ilə bağlıdır. Xərclərin icrasında bir sıra problemlər xarici kreditlərin mənimsənilməsi ilə bağlıdır. Bu kreditlərin sadəcə 200 milyon manat hissəsi istifadə olunub. Yerdə qalan hissəsi problemlərlə üzləşib”.
Maliyyə naziri büdcə kəsrinə aydınlıq gətirib
10 noyabr 2021 14:42 (UTC +04:00)
Maliyyə
PAŞA Sığorta övladlarının sağlamlığını düşünənlər üçün “Bir təbəssüm” kampaniyasını elan edib
20:20
1 iyun 2024
Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu keçirilib
14:50
1 iyun 2024
“Aqrarkredit” BOKT-un aktivləri 660 milyon manatdan çox azalıb - Hesabat
14:33
1 iyun 2024
AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib
12:36
1 iyun 2024