Bank Of Baku

Maliyyə Nazirliyi milli prioritetlərə uyğun 5 illik dövrü əhatə edən strateji sənəd hazırlayıb

Maliyyə Nazirliyi

© APA | Maliyyə Nazirliyi

# 10 noyabr 2021 11:37 (UTC +04:00)

“2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən ölkənin 2030-cu ilədək milli prioritetləri əsas götürülüb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ölkənin 2030-cu ilədək milli prioritetləri ilə bağlı Prezidentin sərəncamına uyğun olaraq Maliyyə Nazirliyi 5 illik dövrü əhatə edən strateji sənəd hazırlayaraq dövlət başçısına təqdim edib: “Bununla yanaşı, dövlət və icmal büdcələrin hazırlanmasında İqtisadiyyat Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəriciləri də əsas kimi qəbul edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR