Avqustun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
|
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
|
Qiymətli kağızın ISIN kodu |
AZ0106016758 |
|
Emissiya həcmi |
20 000 000 AZN |
|
Nominal dəyəri |
100 AZN |
|
İstiqrazların tədavül müddəti |
1092 gün |
|
Faiz ödənişləri (olduqda) |
25 fevral 2020-cu il, 25 avqust 2020-ci il, 23 fevral 2021-ci il, 24 avqust 2021-ci il, 22 fevral 2022-ci il, 23 avqust 2022-ci il |
|
Faiz gəliri |
9 % |
|
Ödəmə tarixi |
23.08.2022 |
|
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.