Mərkəzi Bank: 2024-cü ilin I rübündə cəmi ipoteka kreditləri üzrə tələb azalıb

Mərkəzi Bank: 2024-cü ilin I rübündə cəmi ipoteka kreditləri üzrə tələb azalıb
# 11 iyun 2024 16:15 (UTC +04:00)

2024-cü il I rüb üzrə nəticələrinə əsasən həm daxili, həm də İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilmiş ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Banklar II rüb ərzində daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda yumşalma, İKZF hesabına veriləcək kreditlərdə isə dəyişiklik olmayacağını gözləyirlər.

APA-Economics” xəbər ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrində qeyd edilib ki, 2024-cü ilin ilk rübündə cəmi ipoteka kreditləri üzrə tələb azalıb. Belə ki, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbində artım müşahidə edilsə də, daxili ipoteka kreditləri üzrə kredit tələbində azalma olub. İKZF tərəfindən 2024-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılması fonunda banklar 2024-cü ilin II rübündə ipoteka kreditlərinə, xüsusilə də İKZF hesabına verilən kreditlərə tələbin artacağını proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR