Bank Of Baku

Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib

Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
# 08 avqust 2025 15:43 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı( AMB) “Hacıoğlu Kredit İttifaqı”, “Stimul” Kredit İttifaqı və “İnci Kredo” Kredit İttifaqı MMC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Stimul” Kredit İttifaqı, “Hacıoğlu Kredit İttifaqı” və “İnci Kredo” Kredit İttifaqı tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR