Mərkəzi Bank: “Azər-Türk Bank” filial açılması ilə bağlı tələbləri pozub

Mərkəzi Bank: “Azər-Türk Bank” filial açılması ilə bağlı tələbləri pozub
# 21 fevral 2024 16:14 (UTC +04:00)

Bank filialının açılması ilə bağlı yazılı bildirişin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməməsinə görə “Azər-Türk Bank” ASC-yə icrası məcburi göstəriş verilib.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

Qeyd edilib ki, filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə “Azər-Türk Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR