"Azərsığorta" şirkətində avtomobillərin icbari sığortası satışlarının dayandırması ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayıb.
"APA-Economics" xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.
"Bildiyiniz kimi, bu şirkət dövət şirkətidir. Onu biznesinin perspektivi və onun səmərəliliyi, eyni zamanda maliyyə dayanıqlılığı üzrə mövcud dinamikaların qiymətləndirilməsi prosesi həyata keçirilir. Satışların müəyyən dərəcədə məhdudlaşdırılmasında məqsəd ondan ibarətdir ki, qiymətləndirmə daha qısa müddətdə və daha obyektiv aparmaq mümkün olsun. Qiymətləndirmə aparıldıqdan sonra şirkətinin fəaliyyətinin perspektivi barədə onun üst idarəetmə orqanları tərəfindən müəyyən qərarlar veriləcək"- Ziya Əliyev vurğulayıb.
Mərkəzi Bank sədri Taleh Kazımov isə əlavə edib ki, AMB-nin sığorta şirkətində tematik yoxlaması var. Bu fonda sığorta şirkətinin satışları dayandırması ilə şaiyə yaradılır ki, Mərkəzi Bank nəisə məhdudlaşdırır. Mərkəzi Bankın "Azərsığorta"ya dair məhdudlaşdırma ilə bağlı hər hansı bir qərarı yoxdur.