Bank Of Baku

Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələyib
# 10 sentyabr 2025 14:41 (UTC +04:00)

Mərkəzi Bank (AMB) "SF Azerbaijan" MMC BOKT-nin vəzifəli şəxsini cərimələyib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, BOKT-də cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Başqa sözlə, yeni kreditlər haqqında məlumatlar MKR-ə qanunun tələbindən gec təqdim edilib.

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"ın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR